"Valensiya" "Netfliks"i Vinisiusa görə məhkəməyə verəcək
Film və serial platforması "Netfliks"in yayımladığı Vinisius Junior sənədli filmi İspaniyanın “Valensiya” klubunun sərt etirazına səbəb olub.
90plus.az xəbər verir ki, klub sənədli filmdə azarkeşlərinin irqçi şəkildə təqdim edildiyini bildirərək platformaya qarşı hüquqi tədbirləri istisna etmədiyini açıqlayıb.
Sənədli filmdə “Valensiya” azarkeşləri ilə Vinisius Junior arasında keçən hadisələrin təhrif olunduğu və bütün azarkeşlərin irqçi kimi göstərildiyi iddia olunur. Klub tərəfindən yayımlanan açıqlamada, "Valensiya CF" azarkeşlərinə qarşı edilən haqsızlıqlar və yalanlar səbəbilə dərhal düzəliş tələb olunmuşdur. “Valensiya” klubu hüquqi yollara başvurma haqqını özündə saxlayır", – deyə bildirilib.
“Valensiya”nın stadionunda baş verən hadisələr zamanı Vinisius Juniorın irqçi təhqirlərə məruz qaldığı irəli sürülmüşdü. Lakin “Valensiya” tərəfi bu iddiaları rədd edərək, azarkeşlərin Vinisiusa “mono” (azərbaycanca: meymun) deyil, “tonto” (azərbaycanca: axmaq) ifadəsini səsləndirdiyini iddia edir.
Bu mübahisə İspaniyada və beynəlxalq mediada geniş rezonans doğurub və məsələnin hüquqi müstəviyə daşınıb-daşınmayacağı diqqətlə izlənilir.
© Copyright 2025, All Rights Reserved