Vanda Nara İkardinin sabiq komanda yoldaşı ilə eşq yaşayır

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasındakı şəxsi həyat mövzuları medianın gündəmindən düşmür.
90plus.az xəbər verir ki, cütlük bir neçə ay əvvəl 10 illik evliliklərini rəsmi şəkildə bitirsə də, uşaqla bağlı qəyyumluq və əmlak bölgüsü mövzusundakı gərginliklər davam edir.
İkardi – Çina Suares eşqi, Vanda – yeni "bomba"
İkardi ayrılıqdan sonra argentinalı aktrisa Çina Suares ilə münasibətini rəsmi şəkildə elan edib və sosial şəbəkələrdə cütlüyün birlikdə fotoları tez-tez paylaşılır. Digər tərəfdən, Vanda Naranın adının əvvəllər reper L-Gante ilə hallanmasına baxmayaraq, bu dəfə gündəmə daha səs-küylü bir iddia düşüb.
Yeni sevgilisi – Hakimi
Argentina mətbuatının və tanınmış jurnalist Yanina Latorrenin məlumatına görə, Vanda Nara hazırda PSJ-nin və Mərakeş millisinin ulduzu Əşrəf Hakimi ilə eşq münasibəti yaşayır. Xatırladaq ki, Hakimi, İkardi ilə PSJ-də birgə çıxış edib və bu mövsüm komandası ilə UEFA Çempionlar Liqasının qalibi olub.
İddialar təsdiqini tapmasa da…
Hazırda tərəflərdən heç biri bu xəbərləri rəsmi olaraq təsdiqləməyib. Lakin Argentina mətbuatı bu münasibətin ciddiliyini və İkardi ilə Vanda arasında yeni gərginliklərin yaranmasına səbəb ola biləcəyini yazır.
© Copyright 2025, All Rights Reserved