Vembanyama ulduzlaşdı - 40 xal, 15 ribaund: "Spörs"dən əla start

Fransalı basketbolçu Viktor Vembanyama NBA-də yeni mövsümə möhtəşəm çıxışla başlayıb.
90plus.az xəbər verir ki, “San Antonio Spörs” komandasının ulduzu “Dallas Mavericks” üzərində 125:92 hesablı qələbədə əsas pay sahiblərindən biri olub.
Vembanyama oyunda 40 xal və 15 ribaundla “double-double” nəticə göstərib. O, həmçinin 3 blokla müdafiədə də komandasına ciddi dəstək verib.
Bu görüş Vembanyamanın əvvəlki mövsümdəki zədədən sonra dönüş matçı kimi diqqət çəkib. Onun bu performansı həm azarkeşlər, həm də basketbol mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.
Mütəxəssislər bildirirlər ki, bu nəticə fransalı oyunçunun həm hücumda, həm də müdafiədə liderlik potensialını bir daha ortaya qoydu. “San Antonio Spörs” üçün bu qələbə mövsümün başlanğıcında əhval-ruhiyyəni yüksəldib və komandanın iddialı görünəcəyinə dair siqnal verib.
© Copyright 2025, All Rights Reserved