Venesuela - Kolombiya matçı siyasətə görə təxirə salındı
Venesuela – Kolumbiya oyunu təhlükəsizlik səbəbi ilə təxirə salındı.
90plus.az xəbər verir ki, 2027 FIBA Dünya Kuboku Amerika seçmə mərhələsində keçirilməsi planlaşdırılan “Venesuela” – “Kolumbiya” qarşılaşması təhlükəsizlik səbəbləri ilə ertələnib.
FIBA rəsmi açıqlamasında, bölgədəki mövcud geosiyasi vəziyyətin qərara təsir etdiyini, bunun həm bütün iştirakçıların təhlükəsizliyini təmin etmək, həm də turnirin bütövlüyünü qorumaq məqsədi daşıdığını bildirib.
7 İYUL 2026-YA QƏDƏR OYNANACAQ
Karakasda keçirilməsi nəzərdə tutulan matç üçün dəqiq tarix açıqlanmasa da, qarşılaşmanın 7 iyul 2026-ya qədər oynanacağı vurğulanıb.
© Copyright 2025, All Rights Reserved