"Vest Hem" İtaliyadan hücumçu aldı
“Vest Hem” “Latsio”nun hücumçusu Valentino Kastelyanosu heyətinə qatıb.
90plus.az xəbər verir ki, məlumat Premyer Liqa təmsilçisinin mətbuat xidmətindən götürülüb. Müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub və tərəflər razılaşsa, bu müddət daha bir il uzadıla bilər.
27 yaşlı futbolçu bu mövsüm “Latsio”da 12 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Argentina millisinin üzvü bundan əvvəl “Jirona” və “Nyu York Siti” kimi komandaların da formasını geyinib.
© Copyright 2026, All Rights Reserved