Viktor Osimhen: “Məni istəyən çoxdur”

“Napoli”nin hücumçusu Viktor Osimhen yay transferi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. Futbolçu hazırda gələcəyi barədə düşünmək əvəzinə, mövsümün gərginliyindən sonra istirahət etməyə və tətilindən zövq almağa çalışdığını qeyd edib.
90plus.az xəbər verir ki, son vaxtlar “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” kimi klublarla adı hallansa da, nigeriyalı forvard bu barədə düşünməyin hələ tez olduğunu deyir.
Osimhenin yayda “Napoli”ni birdəfəlik tərk edəcəyi gözlənilir. Onun müqaviləsində İtaliya xaricindən olan klubların aktivləşdirə biləcəyi 75 milyon avro (təxminən 64 milyon funt-sterlinq) dəyərində sərbəstqalma maddəsi yer alır.
Məlumata görə, futbolçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan gələn yüksək məbləğli təklifi rədd edərək Avropada qalmağa üstünlük verib.
O, bu mövsüm icarə əsasında oynadığı “Qalatasaray”dakı çıxışından da danışıb və bildirib ki, bu təcrübə onun həm futbolçu, həm də insan kimi inkişaf etməsinə səbəb olub:
“Bilirsiniz, bu, hər mövsümün sonunda baş verən adi haldır. Yay transfer dönəmi başlayanda adım bir çox klublarla hallanır. Çox klub məni iatəyir. Amma hazırda istirahətimdən zövq almağa fokuslanmışam,” – deyə Osimhen bildirib.
Qeyd: İcarə əsasında formasını geyindiyi “Qalatasaray” da onu heyətinə qatmaqda maraqlı olan klublar sırasındadır.
© Copyright 2025, All Rights Reserved