Vinisius Portuqaliyada futbol klubu almaq istəyir

"Real Madrid" və Braziliya millisinin vingeri Vinisius Junior yaxın zamanda Portuqaliyanın ikinci liqasında çıxış edən klublardan birinə sahib ola bilər.
90plus.az xəbər verir ki, 24 yaşlı futbolçunun bu qərarı haqqında ESPN məlumat yayımlayıb.
Məlumatda bildirilir ki, Vinisius, futbolçu karyerasını bitirdikdən sonra klub idarəçisi olmağı planlaşdırdığı üçün artıq bu istiqamətdə addımlar atmağa başlayıb.
Qeyd: Portuqaliyanın ikinci divizionunda ümumilikdə 18 komanda mübarizə aparır.
Əgər Junior bu addımı gerçəkləşdirsə, klub alan ilk aktiv futbolçu olmayacaq. Məsələn, Nqolo Kante Belçikanın üçüncü liqasından olan "Ekselsior" klubunun sahibidir, Vinisiusun komanda yoldaşı Kilian Mbappe isə ötən ilin iyul ayında Liqa 2-də çıxış edən "Kan" klubunun səhmlərinin çoxunu əldə edib.
© Copyright 2025, All Rights Reserved