Vinisiusun üzrü yayıldı
"Real Madrid" klubunun cinah oyunçusu Vinisius Junior ötən gün La Liqanın 17-ci turundan təxirə salınmış qarşılaşmasında – "Valensiya"ya qarşı oyunda birbaşa qırmızı vərəqə aldığı üçün azarkeşlərdən üzr istəyib.
90plus.az xəbər verir ki, 79-cu dəqiqədə "yarasalar"ın qapıçısı Stole Dimitrievskini itələyib yerə yıxdığı üçün meydandan qovulan braziliyalı futbolçu sosial şəbəkədə belə bir paylaşım edib:
"Üzr istəyirəm və təşəkkür edirəm, komanda".
Oyun "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd: La Liqa çərçivəsində "Real" forması ilə ilk dəfə qırmızı vərəqə alan 24 yaşlı Vinisius Juniorun cəzasının yaxın günlərdə açıqlanması gözlənilir. O, 4-12 oyunluq cəzalandırıla bilər.
© Copyright 2026, All Rights Reserved