Vinisiusa 4 oyunluq təhlükə
“Real Madrid”in futbolçusu Vinisius Junior cəzalandırıla bilər.
90plus.az xəbər verir ki, “kral klubu”nun forvardı “Valensiya” ilə matçın (1:2) sonunda qapıçıya zərbə endirdiyi üçün meydandan qovulub.
Beləliklə, braziliyalını 4 oyunluq diskvalifikasiya gözləyir.
Çox güman ki, Madrid nəhənginin oyunçusu həm “Malyorka” ilə İspaniya Superkubokunun yarımfinalını, həm də “Barselona” və ya “Atletik Bilbao” ilə potensial finalı buraxacaq.
Qeyd: Vinisius bu mövsüm “Real” forması ilə 21 oyunda 13 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.
© Copyright 2026, All Rights Reserved