Vinisiusun məhkəmədə ifadəsi alınacaq

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior Barselonanın 18 saylı İstintaq Məhkəməsinin sədrinə videokonfrans vasitəsilə irqçilik işi üzrə ifadə verəcək.
90plus.az xəbər verir ki, hadisə 2023-cü ilin oktyabrında “Barselona” ilə oyun zamanı baş verib. Həmin matçda 3 katalon azarkeşin irqçi şüarlar səsləndirməsi kameralara tuş gəlib. Onlardan biri azyaşlı olduğu üçün onun işi başqa orqan tərəfindən araşdırılır.
Qeyd: Yanvarın 23-də Vinisius zərərçəkmiş şəxs qismində çıxış edəcək.
Bundan əvvəl “Real Madrid” azyaşlı azarkeşi irqçiliyə görə cərimələyib. Klub bildirib ki, uşaq Vinisiusa baş verənlərə görə üzr istəyən məktub göndərib.
© Copyright 2025, All Rights Reserved