Vitinya “Real”a gedəsi olmadı
Vitinya “Real Madrid”ə gedəsi olmadı.
90plus.az xəbər verir ki, Vitinya karyerasını PSJ-də davam etdirmək istədiyini bildirib və “Real Madrid”ə mümkün transfer ehtimalını istisna edib.
Son aylarda portuqaliyalı yarımmüdafiəçi Madrid klubunun mümkün transfer hədəflərindən biri kimi göstərilirdi. Lakin futbolçu bu keçidin hazırda onun üçün doğru seçim olmadığını açıqlayıb.
Vitinya Soltinhos pelo mundo nəşrinə müsahibəsində belə deyib:
“Düşünmürəm ki, hazırda ‘Real Madrid’ mənim üçün ən yaxşı addım olsun. Mən burada – PSJ-də özümü çox yaxşı hiss edirəm.”
24 yaşlı yarımmüdafiəçi Paris klubunda həm özünün, həm də ailəsinin xoşbəxt olduğunu vurğulayıb:
“Buradakı insanların məni çox sevdiyini hiss edirəm və onların sevgisini qazandığımı düşünürəm. Mən burada olmağı sevirəm. Ailəm də burada olmağı sevir. Özümüzü çox yaxşı hiss edirik.”
Vitinya klubun şəraitindən və komandanın vəziyyətindən də razı qaldığını bildirib:
“Fantastik infrastruktura malik məşq bazamız, güclü komandamız və möhtəşəm baş məşqçimiz var. Belə bir yeri tərk etmək axmaqlıq olardı.”
Beləliklə, portuqaliyalı futbolçunun açıqlamasından sonra “Real Madrid”in yarımmüdafiə xətti üçün digər transfer variantlarına yönələ biləcəyi ehtimal olunur.
© Copyright 2026, All Rights Reserved