Voleybol millimizdən qələbə

III MDB Oyunları: Voleybol yarışlarına bu gün rəsmən start verilib.
90plus.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən turnirdə ilk olaraq 15 yaşadək qızlardan ibarət yığmalar mübarizəyə başlayıblar. Açılış qarşılaşması B qrupunda yer alan Belarus və Qırğızıstan milliləri arasında baş tutub. Bu oyunda üstünlüyü tam əldən verməyən Belarus komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.
Daha sonra A qrupunda Azərbaycan və Tacikistan yığmaları üz-üzə gəlib. Millimiz gözlənildiyi kimi rəqibinə şans verməyib və eyni hesabla – 3:0 qələbə qazanıb.
Xatırlatma: yığmamızın növbəti oyunu oktyabrın 3-də Özbəkistan komandasına qarşı olacaq.
© Copyright 2025, All Rights Reserved