Volkan Demirel Ankara klubundan ayrıldı
“Gənclerbirliyi”nin baş məşqçisi Volkan Demirel komandasının “Fatih Karagümrük” üzərində 3–0 hesablı qələbəsindən sonra vəzifəsindən istefa etdiyini açıqlayıb.
90plus.az xəbər verir ki, Süper Liqanın 15-ci turunda əldə olunan qələbənin ardından beIN Sports-a danışan Demirel qırmızı-qara komanda ilə yollarını ayırdığını bildirib. O, qərarının birdən ortaya çıxmadığını və bunu artıq əvvəlki gündən düşündüyünü vurğulayıb.
Demirel açıqlamasında bunları deyib:
“Bu gün maçdan əvvəl qalibiyyətin çox önəmli olduğunu demişdim. İçəridə çox gözəl bir heyət var və hamısını çox sevirəm. Amma mən vəzifəni buraxıram, istefa edirəm. Bunu istəyərək etmirəm. Burada olmaqdan, işləməkdən həqiqətən çox xoşbəxt idim. Məni bura gətirən başqan Mehmet Kaya idi. Arda başqan seçildi, onu da təbrik edirəm. Dünən mənə çox nəzakətli davrandılar, amma qərarımı artıq dünən vermişdim. Sadəcə komandanı maçdan bir gün əvvəl tək qoymaq istəmədim.”
31 oktyabrda baş məşqçi təyin olunan Volkan Demirel, “Gənclerbirliyi” ilə keçirdiyi 6 rəsmi oyunda 3 qələbə və 3 məğlubiyyət əldə edib.
© Copyright 2026, All Rights Reserved