Volkan Demirel Super Liqaya dönür
Volkan Demirel bugün Ankarada – "Gençlerbirliği"də yeni baş məşqçi!
90plus.az xəbər verir ki, Başkent təmsilçisi "Gençlerbirliği"nin baş məşqçisi Hüseyn Eroğlu ilə yollarını ayırıb. Klub yeni baş məşqçi kimi sabiq Türkiyə millisinin və “Fənərbağça”nın üzvü, 44 yaşlı Volkan Demirel ilə razılığa gəlib.
Demirel rəsmi imzanı atmaq üçün bu gün günorta saatlarında Ankarada olacaq.
Volkan Demirel son olaraq Superliqada keçən il “Bodrum FK”da çalışmışdı. Qeyd edək ki, o, bu ilin fevral ayında klubdan istefaya göndərilmişdi.
Gençlerbirliği bu mövsüm Superliqada 10 turdan sonra 8 xal toplayıb və Demirel Hüseyn Eroğlunun yerinə bu vəzifəni icra edəcək.
© Copyright 2025, All Rights Reserved