Vüsal oynadı, komandası qalib gəldi
                            
                        
                            
                                Azərbaycan millisinin oyunçusu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti matçına çıxıb.
90plus.az xəbər verir ki, həmyerlimizin formasını geyindiyi Boluspor, 29-cu tur çərçivəsində doğma meydanda İstanbulspor ilə qarşılaşıb.
Görüş Bolu klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal da bu matçda iştirak edib. O, oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 88-ci dəqiqədə Florent Hasaninin yerinə meydana daxil olub.
Boluspor - İstanbulspor - 1:0
Paul Mukairu 30'
Qeyd: Bu qələbədən sonra Boluspor 44 xal toplayaraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. İstanbulspor isə 1 xal az toplayaraq 7-ci yerdə qərarlaşıb.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved