Vüsal oynadı, komandası uduzdu
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" Albaniya çempionatında 30-cu tur oyununa çıxıb.
90plus.az xəbər verir ki, paytaxt təmsilçisi "Vlajniya" ilə qarşılaşıb və bu görüşdə məğlub olub: 0:2
Vüsal İsgəndərli oyuna start heyətində başlayıb və qarşılaşmanı sonadək meydanda keçirib.
Hazırda "Partizani" 30 turdan sonra topladığı 44 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved