Xabi Alonso İspaniyada ən yaxşı seçildi
                            
                        
                            
                                La Liqada avqust ayının ən yaxşı baş məşqçisi bəlli oldu.
90plus.az xəbər verir ki, İspaniya La Liqasında avqust ayının ən yaxşı baş məşqçisi adına “Real Madrid”in çalışdırıcısı Xabi Alonso layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti rəsmi açıqlama yayıb.
Madrid klubu avqust ayında La Liqa çərçivəsində keçirdiyi 3 oyunun hər birində qələbə qazanaraq, maksimum nəticə əldə edib.
Qeyd: Xabi Alonso cari mövsümün əvvəlində “Real”ın baş məşqçi postuna gətirilib.
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    © Copyright 2025, All Rights Reserved