Xabi Alonso “Vinisiusla işiniz olmasın”
 
                             
                         
                             
                                “Real Madrid”in baş məşqçisi Xabi Alonso komandanın ulduzu Vinisius Junior ətrafında yaranmış məsələ ilə bağlı növbəti dəfə aydın mövqe ortaya qoyub.
90plus.az xəbər verir ki, klub daxilində problem olmadığını bildirən çalışdırıcı braziliyalı hücumçunun davranışını yüksək qiymətləndirib.
Alonso belə deyib: "Vini Jr ilə bağlı heç bir məsələ yoxdur, hər şey aydınlaşdırılıb. Vini çərşənbə günü hamımızın qarşısında danışdı və möhtəşəm idi. Çox dürüst və aydın danışdı. Bəyanatı da güclü idi. Komanda yoldaşlarına dediyi sözlər ən önəmli şeydir. Vini Jr cəzalandırılmayacaq, məsələ bağlanıb. Hamımızın qarşısında çıxışı tamamilə mükəmməl idi.”
Madrid klubunda atmosferin stabil olduğu vurğulanıb. Alonso Vininin peşəkarlığını və komanda daxilindəki hörmətini ön plana çəkib.
ℹ️ Mənbə: Fabrizio Romano
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved