Xabi Alonsonun sabiq yetirməsi Madrid klubunda

"Bayer"in müdafiəçisi Pyero İnkapye ispan klubunda çıxış etməyə yaxındır.
90plus.az xəbər verir ki, "Atletiko Madrid" ekvadorlu futbolçunun transferini həll etmək üzrədir.
Klublar 23 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün 40 milyon avro məbləğində razılığa gəlib. Oyunçu Madridə gedərək yeni komandası ilə müqavilə imzalayacaq.
Qeyd: "Bayer" Pyero İnkapyeni 2021-ci ilin yayında Argentinanın "Talyeres" klubundan heyətinə qatıb. Ekvador millisinin üzvü keçən mövsüm Leverkuzen təmsilçisinin formasını 45 rəsmi matçda geyinərək 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved