"Xankəndi" yeni qapıçı transfer etdi
II Liqada çıxış edən “Xankəndi” heyətini yeni qapıçı ilə gücləndirib.
90plus.az xəbər verir ki, son olaraq “Sheki City” klubunda forma geyinən Qurban Məhərrəmov karyerasını bundan sonra “Xankəndi”də davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
24 yaşlı qolkiperlə mövsümün sonunadək müqavilə bağlanıb.
“Xankəndi” II Liqada keçirilən 14 turdan sonra 39 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved