Ximenes dostunu unutmur: “Həmişə yanımdasan, Jota”
 
                             
                         
                             
                                Raul Ximenes Dioqo Jotanı unutmadı – Meksika “Gold Cup”da finala bir addım daha yaxınlaşdı.
90plus.az xəbər verir ki, Meksika millisinin hücumçusu Raul Ximenes ABŞ ilə matçda bərabərlik qolunu vurduqdan sonra keçmiş komanda yoldaşı, bir neçə gün öncə avtomobil qəzasında həyatını itirən Dioqo Jotanı unutmayan jest edib. Təcrübəli forvard qolu qeyd edərkən üzərində Jotanın adı yazılmış formanı qaldıraraq onun FIFA oyunlarındakı sevinclərini xatırladıb.
Ximenes və Dioqo Jota “Vulverhempton”da iki mövsüm birgə çıxış edərək yaxın dostluq münasibətləri qurublar və azarkeşlər tərəfindən güclü bağları ilə xatırlanırlar.
Gərgin qarşılaşmada Meksika ABŞ-ni 2:1 hesabı ilə məğlub edərək Konkakaf “Gold Cup”ın finalına bir addım daha yaxınlaşıb.
Qeyd: Meksika son dörd “Gold Cup” finalının hər birində iştirak edib və bunlardan üçünü qazanıb.
ABŞ 1–2 Meksika
“Gold Cup”ın finalına gedən yolda növbəti addım atıldı!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved