Xorxe Valdano: “Mbappe olmadan Vinisius sıçrayış etdi”
“Real Madrid”in sabiq əfsanəvi futbolçusu Xorxe Valdano “Real Sosyedad”la oyunda Kilian Mbappenin yoxluğunda məsuliyyəti üzərinə götürən Vinisius Junior barədə yüksək fikirlər səsləndirib.
90plus.az xəbər verir ki, “Real Madrid”in keçmiş futbolçusu Xorxe Valdano “Real Sosyedad”la qarşılaşmadan sonra Vinisius Juniorun çıxışını xüsusi qeyd edib. O bildirib ki, Mbappenin heyətdə olmadığı matçda braziliyalı hücumçu komandanın liderliyini öz üzərinə götürməyi bacarıb.
Valdano açıqlamasında deyib:
“Mbappe olmadan Vinisius keyfiyyət baxımından sıçrayış etdi. Oyun boyu böyük sabitlik nümayiş etdirdi və azarkeşlərlə çox yaxşı əlaqə qurdu.”
O, həmçinin Vinisiusun azarkeşlərlə münasibətinə də toxunub:
“Artıq Vinisiusun öz azarkeşləri ilə münasibətlərinin sağalma vaxtıdır.”
25 yaşlı futbolçu sözügedən qarşılaşmada dubla imza ataraq komandasına vacib qələbə qazandırıb. Bununla da Vinisius cari mövsümdə bütün turnirlərdə qol sayını 10-a, məhsuldar ötürmələrinin sayını isə 11-ə çatdırıb.
Bu performans Vinisiusun “Real Madrid”in hücum xəttində Mbappedən asılılıqla bağlı fikirlərə də son qoyduğunu göstərib.
© Copyright 2026, All Rights Reserved