Xoselu rəsmən “Al-Qarafa”da
"Real"ın futbolçusu Xoselu rəsmən Qətərin "Al-Qarafa" klubundadır.
90plus.az xəbər verir ki, klubun media hesabı bu paylaşımı edib. 34 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb. "Al-Qarafa" Xoseluya görə Madrid klubuna 1,5 milyon avro ödəyəcək.
Qeyd: Xoselu geridə qalan mövsümdə "Real"da 49 oyuna çıxıb, 17 qol vurub, 3 qol ötürməsi edib.
© Copyright 2026, All Rights Reserved