Xulian Alvaresin agenti: “Yazılanlar sadəcə şayiədir”
“Atletiko”nun hücumçusu Xulian Alvaresin agenti Fernando İdalqo argentinalı futbolçunun gələcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
90plus.az xəbər verir ki, İdalqo iddiaların reallığı əks etdirmədiyini bildirib:
“Mətbuatda yazılanların hamısı sadəcə şayiədir. Klub Alvaresin komandaya verdiyi töhfəni yüksək qiymətləndirir və ona daha sərfəli müqavilə təklif etməyə hazırdır. O, Madrid klubunun ən önəmli oyunçularından biridir və layihəyə tam sadiqdir.”
25 yaşlı hücumçu cari mövsümdə 11 matçda 7 qol vurub və 3 asistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved