“Yamalı 250 milyona da dəyişmədim”
"Barselona"nın prezidenti Xoan Laporta bu il Lamin Yamal üçün 250 milyon avroluq təklifdən imtina etdiyini söyləyib.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti bu cür açıqlama verib:
"Altı ay əvvəl Yamal üçün 250 milyon avroluq təklif aldım. Ancaq "yox" dedim. O, hazırda dünyanın ən məşhur oyunçusudur".
Deyilənə görə, L.Yamal üçün 250 milyon ödəməyə hazır olan klub PSJ-dir.
Qeyd: 17 yaşlı yarımmüdafiəçi İspaniya yığması ilə AVR0-2024-ün qalibi olub.
Mənbə: Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved