Yamal İspaniya millisində problemə çevrildi
90plus.az xəbər verir ki, İspaniyanın “Radio Marka” xəbərinə görə, “Barselona”nın gənc ulduzu Lamin Yamal İspaniya milli komandasında əvvəlki harmoniyanı və komanda ruhunu pozmaqda ittiham olunur.
Səbəb Yamalın “El-Klasiko”dan əvvəl verdiyi açıqlamalardır; o, “Real Madrid”i “oğurluq etməkdə” ittiham etmişdi ki bu da bəzi Madrid oyunçularını qəzəbləndirib. Daha sonra “Real Madrid” 2:1 hesablı qələbə qazandıqdan sonra Dani Karvaxal gənc hücumçunu tənqid edərək ona “çox danışır” demişdi.
Gərginliyi artıran digər məqam isə Yamalın Karvaxalı "Instaqram"da izləmədən çıxarmasıdır ki, bu da münasibətlərin hələ də gərgin olduğunu göstərir.
Buna baxmayaraq, İspaniya Futbol Federasiyası hesab edir ki, hər iki oyunçu milli komanda çərçivəsində peşəkar davranışlarını qoruyacaq.
Lakin gələn ay milli komandada Lamin Yamal və Karvaxal üz-üzə gələndə, gərginliyin yenidən artma ehtimalı var.
© Copyright 2025, All Rights Reserved