Yamal oruc tutması haqda: “Performansıma təsir etmir”
”Barselona”nın oyunçusu Lamin Yamal Ramazan bayramı haqqında danışıb.
90plus.az xəbər verir ki, 17 yaşlı müsəlman ulduz oruc tutmasının səbəbini izah edib:
”Bəli, bu sizin dininizə olan inancınızla bağlıdır və mən də öz dinimə inanıram və oruc tutacaq qədər sağlamam.
Mən səhər saat 5-də oyanıram, dua edirəm və tərkibində elektrolitlər olan şeylər içirəm, çünki bunlar bədənin gün ərzində susuz qalmamasına kömək edir.
Oruc tutmağım performansıma təsir etmir. Klubumuz buna tam hazırdır və 100% çıxış etmək üçün bizə lazım olan hər şeyi təmin edir”.
Qeyd: "Barselona"nın gənc ulduzu Lamin Yamal UEFA Çempionlar Liqasında 17 yaş 241 günlüyündə həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc futbolçu kimi rekorda da oruc olaraq imza atıb.
© Copyright 2025, All Rights Reserved