Yamal, Pedri və Martin kapitanı izləmədən çıxartdılar
“El Klasiko” gərginliyi yığmaya da sirayət etdi — Yamal, Pedri və Martin Karvaxalı “İnstagram”dan silib.
90plus.az xəbər verir ki, “El Klasiko”dan sonra “Barselona” və “Real Madrid” oyunçuları arasında gərginlik davam edir. İspaniya millisinin üzvləri Lamin Yamal, Pedri və Jerar Martin komanda yoldaşları Dani Karvaxalı “İnstagram”da izləmədən çıxarıblar.
Məlumata görə, bu hadisə iki gün öncə keçirilən “El Klasiko”dan sonra baş verən insidentlə əlaqədardır. Matçın bitimindən sonra “Real Madrid”in kapitanı Dani Karvaxal gənc hücumçu Lamin Yamala yaxınlaşaraq ona ötən günlərdə verdiyi bəzi açıqlamalara görə iradını bildirib.
Bu zaman tərəflər arasında gərgin mübahisə yaşanıb. Hadisəyə “Real”ın digər futbolçusu Tibo Kurtua da qarışıb və o da Yamal ilə sözləşib.
Görünür, bu qarşıdurma artıq sosial mediaya və milli komandanın daxilindəki münasibətlərə də təsir edib.
İspaniya millisinin düşərgəsində növbəti toplanışda bu vəziyyətin komanda atmosferinə necə təsir göstərəcəyi maraqla gözlənilir.
© Copyright 2025, All Rights Reserved