Yamalın atası: “Vecimə deyil, indi çörəyim “Barsa”dan çıxır”
Lamin Yamalın atası Munir Nasraoui maraqlı açıqlaması ilə medianın gündəminə düşüb.
90plus.az xəbər verir ki, mərakeşli Nasraoui əvvəllər “Real Madrid” fanatı olduğunu, lakin hazırda bunun əhəmiyyəti olmadığını bu cür ifadə edib:
"Mənim Real Madridə dəstəyim? Vecimə də deyil. İndi məni yedizdirən "Barselona”dır”.
17 yaşlı ulduz futbolçunun atası uşaqlıqdan oğlunun dünyanın ən yaxşı oyunçularından biri olacağını da proqnozlaşdırıb:
"O, doğulandan dedim ki, sən dünyanın ən yaxşı oyunçusu olacaqsan, o da oldu."
© Copyright 2025, All Rights Reserved