Yamalın atasından oğlunun “Qızıl Top” almamasına kəskin etiraz!

Usman Dembelenin “Qızıl top” qazanması qalmaqal yaradıb.
90plus.az xəbər verir ki, Lamin Yamalın atası 2025-ci ilin nəticəsinə etiraz edib.
Yamalın atası Munir Nasrayi “Qızıl top”un Usman Dembeleyə verilməsini qəbul edə bilmir. Oğlu fransız futbolçunun gerisində qaldığı üçün nəticə onu çox məyus edib.
Bazar ertəsi axşamı “Şatle Teatrı”nda keçirilən mükafatlandırma mərasimində oğlunu müşayiət edən Munir "El Çirinquit” verilişinə verdiyi müsahibədə “Barselona”nın gənc ulduzunun PSJ hücumçusundan qat-qat üstün olduğunu bildirib.
Munir Nasrayi deyib:
“Düşünürəm ki, bu, ən böyük ədalətsizlikdir — oğurluq deməyəcəyəm, amma bu, bir insana qarşı mənəvi ədalətsizlikdir. Çünki mən inanıram ki, Lamin Yamal dünyanın ən yaxşı futbolçusudur.
Fərqlə… çox böyük fərqlə. Yalnız mənim oğlum olduğu üçün yox, həqiqətən də o, dünyanın ən yaxşı oyunçusudur; onun rəqibi yoxdur. Bu, Lamindir. Burada çox qəribə bir şey baş verdi”.
© Copyright 2025, All Rights Reserved