Yamalın başıbəlalı 18 yaş partisi: Hüquqi proses başlayır

Lamin Yamalın ad günü tədbiri qalmaqalla gündəmdə – modelin iddiaları ilə hüquqi proses başlayır.
90plus.az xəbər verir ki, İspaniya millisinin və “Barselona”nın gənc ulduzu Lamin Yamalın ad günü mərasimi ətrafında qalmaqal yaranıb. İspan model Klaudiya Kalvo verdiyi açıqlamada tədbirə dəvət olunması və təşkilatçılar tərəfindən təqdim olunan şərtlərlə bağlı ciddi iddialar səsləndirib.
Modelin “Sporx”a istinadən bildirdiyinə görə, tədbirə qatılması üçün ona 10-20 min avro arası məbləğ təklif olunub:
“Lamin Yamalın ad gününə qatılmağım üçün mənə müraciət etdilər. Tədbirə getmək üçün 10-20 min avro arası təklif edilirdi. Amma bizdən nə gözlədiklərini bilmirdim. Spesifik sinə ölçüsündə sarışın qadınlar axtarırdılar. Həmçinin, tədbirdə telefon istifadəsinə icazə verilmirdi, telefonlarımız toplanacaqdı.”
Tədbirlə bağlı daha bir ciddi reaksiya isə İspaniya Skelet Displaziyaları Assosiasiyasından gəlib. Qurum Lamin Yamal və onun ətrafını cırtdan şəxslərdən əyləncə məqsədilə istifadə etdiklərinə görə qınayıb və hüquqi prosedurlara start verildiyini açıqlayıb.
Assosiasiya bu halı insan ləyaqətinin alçaldılması və ayrı-seçkilik nümunəsi kimi qiymətləndirərək, məsələ ilə bağlı hüquqi tədbirlər görüləcəyini bildirib.
Hazırda Lamin Yamal və menecerləri məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyiblər. Qeyd: Yamal ötən həftə 18 yaşını tamamlayıb və ad günü mərasimi müxtəlif media orqanlarında lüks görüntülərlə gündəmə gəlmişdi. Lakin ortaya çıxan yeni iddialar gənc futbolçunun reputasiyasına ciddi təsir göstərə bilər.
© Copyright 2025, All Rights Reserved