Yamalın tənqidi çıxışı “Real” düşərgəsini özündən çıxartdı
Lamin Yamal “Real Madrid”ə qarşı tənqidi açıqlamalarına görə sərt reaksiyalarla üzləşib.
90plus.az xəbər verir ki, o, “Real”ı daim hakimləri tənqid etməkdə və diqqəti üzərinə çəkməkdə ittiham etmişdi.
Mənbələrin bildirdiyinə görə, “Real Madrid”in paltardəyişmə otağında futbolçular Yamalın bu sözlərindən son dərəcə qəzəblidirlər. Komandanın kapitanı Dani Karvaxalın gənc futbolçu ilə bu məsələ barədə danışacağı gözlənilir.
Lakin “Barselona”nın əfsanəsi Jerar Pike Yamalı tənqid edənlərə cavab verərək vəziyyəti sakitləşdirməyə çalışıb.
Pike məsələyə belə yanaşır:
“Gəlin Lamin Yamalı olduğu kimi qəbul edək. Təbii ki, zamanla təcrübə qazanacaq – axı heç kim 18 yaşında 38 yaşındakı kimi olmur.”
Əfsanəvi müdafiəçi “Real Madrid” tərəfdarlarının reaksiyasını da başadüşülən sayıb:
“Madridlilərin tənqidləri normaldır. Onlar da öz komandalarında Lamin kimi bir futbolçunun olmasını çox istəyərlər.”
Andres İnyesta isə bildirib ki, Yamalın bu açıqlamaları bazar günü keçiriləcək “El-Klassiko” qarşılaşmasına əlavə intriqa qatıb.
© Copyright 2025, All Rights Reserved