Yenə,yenidən! Kadi Borges gəlir
"Qarabağ" Kadi Borges üçün təklif göndərib.
90plus.az xəbər verir ki, "Qarabağ" sabiq futbolçusu Kadi Borgesin transferi üçün Rusiyanın "Krasnodar" klubuna təklif göndərib.
Bu barədə yarımmüdafiəçinin agenti Helsio Alisk "RB Sport"a açıqlama verib.
O, Azərbaycan çempionunun oyunçu üçün təklif göndərdiyini təsdiqləyib:
"Qarabağ" həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz "Krasnodar"ın qərarını gözləyirik".
© Copyright 2026, All Rights Reserved