Yoahim Löv Qana millisində!
Qana millisində yeni baş məşqçi – Yoahim Löv Dünya Çempionatına qədər komandaya rəhbərlik edə bilər.
90plus.az xəbər verir ki, almaniyalı məşhur məşqçi Yoahim Löv Qana millisinin baş məşqçisi olmağa çox yaxındır. Məlumata görə, tərəflər arasında aparılan intensiv danışıqlardan sonra şəxsi müqavilə şərtləri demək olar ki, razılaşdırılıb.
Qana Futbol Assosiasiyası komandanı 2026-cı il dünya çempionatına hazırlamaq üçün təcrübəli mütəxəssislə qısamüddətli müqavilə bağlamaq istəyir. Müqavilənin əsas məqsədi yalnız 2026 Dünya Çempionatına qədər milli komandaya rəhbərlik etməkdir.
Məlumata görə, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olmuş Löv ayda təxminən 150 min avro maaş alacaq. Onun yaxın günlərdə rəsmi olaraq Qana millisinin baş məşqçisi elan ediləcəyi gözlənilir.
Xatırlatma: Yoahim Löv Almaniya millisini uzun illər çalışdırıb və komandanı 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında çempion edib. Qana millisinin rəhbərliyi onun təcrübəsinin komandanın dünya çempionatına vəsiqə qazanmaq və turnirdə uğurlu çıxış etməsi üçün vacib olacağına inanır.
Əgər müqavilə rəsmiləşərsə, bu, Afrika futbolunda son illərin ən səs-küylü məşqçi təyinatlarından biri olacaq.
© Copyright 2026, All Rights Reserved