Yosko Qvardiol “Arsenal”a mesaj verdi
“Mançester Siti”nin müdafiəçisi Yosko Qvardiol son qələbədən sonra Premyer Liqanın lideri “Arsenal”a xəbərdarlıq edərək bildirib ki, titul yarışında səhvə yer yoxdur.
90plus.az xəbər verir ki, “Mançester Siti” şənbə günü “Arsenal”ın “Aston Villa”ya 1:2 hesabı ilə uduzmasından istifadə edib və “Sanderlend” üzərində 3:0 hesablı qələbə qazanaraq “topçular”ın xal fərqini yeddi xaldan iki xaladək azaldıb.
Jurnalistlərə açıqlamasında Qvardiol deyib:
“İlk mövsümümü xatırlayıram, zirvədə idik və Premyer Liqa uğrunda mübarizə aparırdıq. ‘Fulham’a səfər də daxil olmaqla bütün oyunları qazanmalı idik. Bir dəfə uduzsan və ya xal itirsən, hər şey bitir.
Onların yaxşı komandası var. Təkcə onlar yox, ‘Aston Villa’ da, ‘Çelsi’ də güclüdür. ‘Sanderlend’ iki həftə əvvəl liderliyə yaxın idi. Asan olmayacaq, mövsüm də uzundur.
Hələ mövsümün yarısına çatmamışıq. Qarşıda çox oyun var. İki xal geridəyik, amma yaxınlaşırıq. Son iki-üç ayda olduğu kimi davam etməliyik. Sonunu görəcəyik. Hər oyun vacibdir və hər birini qazanmalıyıq. Bu, böyük üç xaldır.”
© Copyright 2025, All Rights Reserved