Yunanıstanda qalmaqallı final seriyası başa çatdı – Çempion "Olimpiakos" oldu
Yunanıstan Basketbol Liqasında “Olimpiakos” çempionluğunu rəsmiləşdirdi. Pley-off final seriyasının 4-cü oyununda "Olimpiakos" əzəli rəqibi "Panatinaikos AKTOR" üzərində 85–71 hesablı qələbə qazanaraq seriyanı 3–1 hesabı ilə tamamladı və ölkə çempionu oldu.
90plus.az xəbər verir ki, bu qələbə ilə “Olimpiakos” Yunanıstan çempionatında ümumilikdə 14-cü titulunu əldə etdi. Xüsusilə ikinci hissədə oyuna tam nəzarət edən “Olimpiakos”da Tayler Dorsi 17 xalla komandasının ən məhsuldar oyunçusu oldu.
Rəqib komanda “Panatinaikos AKTOR”da isə amerikalı zərbəçi-qard Kendrik Nann 18 xal toplasa da, bu nəticə komandasına qələbə qazandırmağa kifayət etmədi.
Seriyanın ikinci oyununda “Olimpiakos” azarkeşlərinin Türkiyəyə qarşı səsləndirdiyi təhqiramiz şüarlarına sərt reaksiya verən "Panatinaikos AKTOR"un baş məşqçisi Ergin Atamanın son oyunu qulaqcıqla izləməsi diqqət çəkdi.
Qarşılaşma və ümumi seriya həm meydandakı gərgin mübarizə, həm də meydandan kənardakı hadisələrlə uzun müddət yadda qalacaq kimi görünür.
© Copyright 2025, All Rights Reserved