Yurgen Klopp “Real Madrid” yolunda! Az qalıb…
Kloppun “Red Bull”dan ayrılması gözlənilir – əsas namizəd “Real Madrid”!
90plus.az xəbər verir ki, almaniyalı mütəxəssis Yürgen Kloppun yayda “Red Bull” futbol layihəsindəki vəzifəsindən ayrılacağı böyük ölçüdə dəqiqləşib.
Məlumata görə, Klopp yenidən baş məşqçi kimi fəaliyyət göstərmək istəyir və bunun üçün ən real variantlardan biri “Real Madrid”dir. Tərəflər arasında artıq ilkin danışıqların başladığı bildirilir.
Hazırda “Red Bull”un futbol akademiyası və qlobal futbol layihəsində rəhbər vəzifədə çalışan Kloppun yenidən məşqçiliyə qayıtmaq istəyi olduğu qeyd olunur.
Almaniyalı mütəxəssisin vəziyyəti İngiltərə klublarının da diqqət mərkəzindədir. Xüsusilə “Tottenham” rəhbərliyinin onun namizədliyi ilə bağlı addımlar ata biləcəyi ehtimal edilir.
Qeyd: Klopp son olaraq 2024-cü ilin yayına qədər “Liverpul”un baş məşqçisi olub və həmin dövrdə klubla bir sıra böyük uğurlar qazanıb.
© Copyright 2026, All Rights Reserved