Yusuf En Nesiri “Yuventus”la anlaşmadı! Səbəb
“Yuventus”–En-Nesiri danışıqları dayandırıldı: transfer baş tutmadı!
90plus.az xəbər verir ki, “Yuventus”un hücum xətti üçün düşündüyü Yusif En-Nesiri transferi rəsmən gündəmdən çıxıb. Turin klubu ilə “Fənərbağça” arasında klublar səviyyəsində razılaşma əldə olunsa da, mərakeşli hücumçudan yekun razılıq alınmayıb.
Məsələnin əsas səbəbi isə transfer formulu olub. En-Nesiri icarə yox, birdəfəlik transferə üstünlük verib. “Yuventus” isə futbolçunu yalnız icarə əsasında heyətinə qatmaq niyyətində idi və daimi transfer variantını nəzərdən keçirməyib.
Bu qeyri-müəyyənlikdən sonra Turin təmsilçisi danışıqları tam dayandırmaq qərarına gəlib. Klubun idman direktoru Corcio Kyellini məsələ ilə bağlı mövqeni açıq şəkildə ifadə edib:
“En-Nesiri transferinin formulu ilə bağlı şübhələr var idi. Vəziyyəti dəyərləndirdikdən sonra danışıqları bitmiş hesab edirik. Biz onu daimi transferlə heyətimizə qatmayacağıq”.
Beləliklə, bir müddətdir gündəmdə olan En-Nesiri–“Yuventus” xətti tam bağlanıb. Turin klubu hücumçu axtarışlarını başqa namizədlər üzərində davam etdirəcək, En-Nesiri isə karyerasını “Fənərbağça”da davam etdirməyə daha yaxın görünür.
© Copyright 2026, All Rights Reserved