"Yuventus" futbolçusu ilə yolları ayırır
“Yuventus” Filip Kostiçlə yollarını ayırmağa hazırlaşır.
90plus.az xəbər verir ki, İtaliya A Seriyası nəhəngi “Yuventus” serbiyalı futbolçu Filip Kostiçlə bağlı yekun qərarını verib. Turin təmsilçisi mövsümün sonunda oyunçu ilə yollarını ayırmağı planlaşdırır.
Cari mövsümdə gözləntilərin altında çıxış edən və çempionluq yarışından xeyli uzaq düşən “Yuventus” artıq növbəti mövsüm üçün heyətin yenidən qurulması istiqamətində işlərə başlayıb.
Məlumata görə, klub rəhbərliyi Filip Kostiçin mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmamaq qərarına gəlib. Beləliklə, serbiyalı futbolçunun yayda komandadan ayrılması demək olar ki, dəqiqləşib.
"Yuventus” qış transfer pəncərəsi zamanı sol cinah müdafiəçisi ilə maraqlanan klublardan gələn təklifləri rədd etmişdi. Lakin klub artıq yayda heyətdə dəyişiklik etməyi planlaşdırdığı üçün Kostiçlə yolların ayrılması qərarını verib.
© Copyright 2026, All Rights Reserved