“Yuventus” ilk 4-lük uğrunda “diridir”
“Yuventus”dan inamlı qələbə – ilk dördlük uğrunda mübarizə davam edir.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 31-ci turunda Turin klubu öz evində qələbə qazanıb:
Yuventus 2 - 0 Cenoa
Bremer 4'
Makkeni 17’
Turin təmsilçisi oyuna çox sürətli başlayıb və artıq ilk dəqiqələrdə hesabı açıb. Bremerin erkən qolu “Yuventus”u önə keçirib, 17-ci dəqiqədə isə Makkeni fərqi artıraraq matçın taleyini böyük ölçüdə həll edib.
Qarşılaşmanın qalan hissəsində “Yuventus” üstünlüyünü qoruyaraq inamlı qələbə əldə edib və vacib 3 xalı aktivinə yazdırıb.
Bu nəticə ilə “Yuventus” turnir cədvəlində 5-ci pillədə qərarlaşaraq ilk dördlük uğrunda mübarizəni davam etdirir. “Cenoa” isə 14-cü sırada qalır.
Turin klubu üçün bu qələbə mövsümün həlledici mərhələsində xüsusi əhəmiyyət daşıyır.
© Copyright 2026, All Rights Reserved