"Yuventus" "Latsio"nun qapıçısına "göz qoydu"
“Yuventus” “Latsio”nun yunan qapıçısı Xristos Mandasla yaxından maraqlanır.
90plus.az xəbər verir ki, “Latsio” ehtiyat qapıçısı üçün bonuslar da daxil olmaqla 15 milyon avrodan yüksək məbləğ tələb edir. “Yuventus”un Mandasa marağı Mattia Perinlə bağlı yaranmış vəziyyətlə əlaqədardır. Turin təmsilçisinin ehtiyat qapıçısı “Cenoa”ya geri dönmək niyyətindədir.
Xatırlatma: “Yuventus” Perini yalnız onun yerinə alternativ tapıldığı halda komandadan göndərməyə razıdır.
© Copyright 2026, All Rights Reserved