"Yuventus" "Man Siti"nin futbolçusu üçün hərəkətə keçdi
Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi bitəcək Bernardo Silva karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Yuventus" portuqaliyalı hücumameyilli yarımmüdafiəçini heyətinə cəlb etmək niyyətindədir. Bu barədə "La Gazzetta dello Sport" nəşri xəbər yayıb.
Turin klubu yayda azad agent olacaq Silva üçün artıq ilk addımını atıb. "Ağ-qaralar" 31 yaşlı futbolçunun meneceri ilə danışıqlara start verib. Tərəflər arasında oyunçunun maaşı ilə bağlı müzakirələr aparılıb.
Portuqaliya millisinin üzvü olan Bernardo Silva bu mövsüm "Mançester Siti"nin heyətində iştirak etdiyi 38 rəsmi görüşdə 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved