"Yuventus" "Mançester Yunayted"in futbolçusuna "elçi düşdü"
"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Yuventus" uruqvaylı futbolçunu transfer etmək niyyətindədir. Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Turin klubunun idman direktoru Marko Ottolini 24 yaşlı yarımmüdafiəçini sabah keçiriləcək Uruqvay – Əlcəzair matçını stadiondan izləyərək yaxından dəyərləndirəcək.
Qeyd: "Mançester Yunayted" Manuel Uqarteni 2024-cü ilin yayında PSJ-dən 50 milyon avro qarşılığında heyətinə qatıb. Futbolçu cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində 23 rəsmi oyunda forma geyinib.
© Copyright 2026, All Rights Reserved