"Yuventus" "Marsel"dən ingilis futbolçunu istəyir
"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Yuventus" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Qrinvud A Seriyası nəhənginin yay üçün əsas hədəflərindən biridir. Fransa təmsilçisi 24 yaşlı oyunçu üçün ən azı 50 milyon avro təzminat tələb edir.
Qeyd: "Marsel" Meyson Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən transfer edib. İngiltərə millisinin sabiq üzvü cari mövsümdə Liqa 1 klubunun heyətində keçirdiyi 38 rəsmi matçda 25 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved