“Yuventus” Mottanı qaytarmağı düşünür
“Yuventus” Tyaqo Mottanı yenidən baş məşqçi gətirə bilər.
90plus.az xəbər verir ki, “Yuventus” rəhbərliyi baş məşqçi İqor Tudorla yollarını ayırmağa hazırlaşır. “La Gazzetta dello Sport” nəşri yazır ki, Turin təmsilçisi braziliyalı mütəxəssis Tyaqo Mottanı yenidən vəzifəyə qaytarmaq variantını nəzərdən keçirir.
Məlumata görə, klub hələ də Mottaya əvvəlki müqaviləsinə əsasən maaş ödədiyindən, bu addım əlavə xərc tələb etməyəcək. Bu səbəbdən “Yuventus” rəhbərliyi onunla razılaşmanın real olmasa da, masada bir seçim olaraq qaldığını düşünür.
Xatırlatma: Tyaqo Motta 2024-cü ilin yayında “Yuventus”u tərk etmiş, yerinə isə İqor Tudor gətirilmişdi. Lakin komandanın 2024/25 mövsümünə qeyri-sabit startı rəhbərliyi yenidən dəyişiklik barədə düşünməyə vadar edib.
© Copyright 2025, All Rights Reserved