"Yuventus" PSJ-nin futbolçusunu icarəyə götürdü

PSJ-nin futbolçusu Rendal Kolo Muani karyerasını İtaliyada davam etdirəcək.
90plus.az xəbər verir ki, fransalı hücumçu "Yuventus"a icarəyə verilib.
İcarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Anlaşmada onun sonradan transferi ilə bağlı bənd yer almayıb. Bu həftə İtaliyaya yollanacaq hücumçu tibbi müayinədən sonra komandaya qoşulacaq.
Qeyd: Cari mövsümdə 14 oyuna çıxan Kolo Muani iki qol və bir assistə imza atıb.
© Copyright 2025, All Rights Reserved