"Yuventus" "Qalatasaray"ın hücumçusunu istəyir
90plus.az xəbər verir ki, son saatlarda gündəmə gələn xəbərlərə görə, hücumçu Mauro Ikardi-nin “Yuventus”a keçməsi gözlənilir və bu transfer pəncərəsinin son dəqiqələrində əsas mövzuya çevrilə bilər.
Transfer üzrə ekspert Alfredo Pedullanın məlumatına görə, bu addım təsadüfi deyil. Keçid “Yuventus”un baş məşqçisi Lusiya Spallettinin xüsusi istəyi ilə reallaşa bilər. Spalletti öz mətbuat konfransında İkardini “indiədək çalışdırdığım ən yaxşı hücumçu” kimi qiymətləndirib və bu, transferin arxasında güclü dəstəyin olduğunu göstərir.
Danışıqlar asan keçmir: “Qalatasaray” mövsüm ortasında hücumçunu itirmək istəmir. Lakin müqavilə 2026-cı ildə başa çatır və klub onun getmədən əvvəl transfer haqqı qazanma imkanını nəzərdən keçirir.
© Copyright 2026, All Rights Reserved