"Yuventus" "Real"dan Rudigeri istəyir
İtaliya nəhəngi "Yuventus" müdafiə xəttini gücləndirmək məqsədilə transfer bazarını diqqətlə izləyir. Turin klubu "Real Madrid"in təcrübəli mərkəz müdafiəçisi Antonio Rudigeri yayda azad agent statusunda heyətinə qatmaq imkanını dəyərləndirir.
90plus.az xəbər verir ki, 32 yaşlı Almaniya millisinin üzvünün Madrid təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatacaq. Bu isə o deməkdir ki, futbolçu azad transfer kimi komandadan ayrıla bilər.
Rudiger karyerası ərzində yüksək səviyyədə çıxış edib. O, daha əvvəl "Çelsi", "Roma" və "Ştutqart" klublarının formasını geyinib, həm daxili çempionatlarda, həm də Avropa turnirlərində bir sıra titullar qazanıb.
"Yuventus" rəhbərliyi təcrübəli müdafiəçini həm A Seriyasında, həm də Avropa yarışlarında komandaya liderlik və sabitlik qazandıra biləcək futbolçu kimi qiymətləndirir. Turin klubu yay aylarında bu transferi reallaşdırmaq üçün addımlar ata bilər.
© Copyright 2026, All Rights Reserved