“Yuventus” Spaletti ilə rəsmən danışır
“Yuventus” Luçano Spalletti ilə danışıqlara başlayıb.
90plus.az xəbər verir ki, “Yuventus” yeni baş məşqçi postu üçün Luçano Spallettinin nümayəndələri ilə danışıqlara start verib. Turin klubu danışıqları italiyalı mütəxəssisin oğlu və hüquqşünası Samuele Spalletti vasitəsilə aparır - ℹ️ “Nicolo Schira” .
Son aylarda Spalletti bir sıra cəlbedici təklifləri geri çevirib. Təcrübəli baş məşqçiyə “Fənərbağça”, “Əl-İttihad” və “Əl-Sadd”dan gələn yüksək məbləğli təkliflər maraqlı olsa da, o, yalnız A Seriyası və ya Premyer Liqa klublarından birinə qayıtmaq istəyir.
İtaliya mediasının yazdığına görə, “Yuventus” Spallettinin əsas hədəfidir. Klub rəhbərliyi eyni zamanda alternativ variant kimi Roberto Mançininin də namizədliyini nəzərdən keçirir. (“Di Marzio”).
Spalletti son olaraq İtaliya millisinin baş məşqçisi olub və bundan əvvəl “Napoli”ni 2022/23 mövsümündə A Seriyasının çempionluğuna daşıyıb.
© Copyright 2025, All Rights Reserved