"Yuventus" türkiyəli futbolçunu razı sala bildi
"Yuventus" Kenan Yıldızla yeni müqavilə bağlamağa çox yaxındır.
90plus.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli hücumçu ilə razılığa gəlib. Bu barədə "La Gazzetta dello Sport" nəşri xəbər yayıb.
Kenan üçün 2030 və ya 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanacaq. 20 yaşlı futbolçunun ilkin maaşı illik 6 milyon avro olacaq.
"Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində 29 rəsmi oyunda iştirak edib və 9 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved